Volmart.az — volmart.az müstəqil satış platformasıdır və heç bir avtomobil brendinin rəsmi nümayəndəsi deyil.
volmart.az olaraq müştərilərimizə şəffaf, etibarlı və rahat xidmət göstərməyi hədəfləyirik. Saytımızdan istifadə etməzdən və ya sifariş verməzdən əvvəl aşağıdakı şərtlərlə tanış olmağınız tövsiyə olunur:
volmart.az müstəqil olaraq Volvo avtomobilləri üçün orijinal və seçilmiş aftermarket ehtiyat hissələrinin satışını həyata keçirən internet mağazasıdır. Saytımız hər hansı bir avtomobil brendinin (o cümlədən Volvo Group və ya rəsmi dilerlərin) rəsmi idxalçısı, səlahiyyətli servisi və ya eksklüziv nümayəndəsi deyil. Əsas məqsədimiz müştərilərimizə keyfiyyətli detalları sərfəli şərtlərlə təqdim etməkdir.
Saytımızda təqdim olunan bütün Volvo ehtiyat hissələrinin qiymətləri, təsvirləri və şəkilləri məlumat xarakteri daşıyır.
Xarici təchizatçıların qiymət dəyişiklikləri, valyuta dalğalanmaları və ya texniki səbəblərdən qiymətlərdə və ya ehtiyatda (stokda) dəyişikliklər ola bilər.
Saytımızda qeydiyyatdan keçərkən və ya sifariş verərkən təqdim etdiyiniz şəxsi məlumatların (ad, əlaqə nömrəsi, ünvan) məxfiliyinə tam zəmanət verilir. Bu məlumatlar yalnız sifarişlərinizin qəbul edilməsi, çatdırılması və xidmət keyfiyyətinin artırılması məqsədilə istifadə olunur, üçüncü tərəflərə ötürülmür.
Saytda yer alan bütün mətnlər, loqolar, qrafik dizaynlar və məhsul şəkilləri volmart.az saytının mülkiyyətidir. İcazəsiz surəti çıxarıla, başqa resurslarda kommersiya məqsədilə yayımlana və ya istifadə oluna bilməz.
Satılan məhsulların geri qaytarılması və dəyişdirilməsi qanunvericiliyə və daxili mağaza qaydalarımıza uyğun olaraq tənzimlənir. Quraşdırma zamanı zədələnmiş, səhv istifadə olunmuş və ya üzərində mexaniki izlər olan detalların geri qaytarılması qəbul olunmur.
Sualınız var? Bizimlə əlaqə saxlayın.
Əlaqə Forması