Mühərrikin işləməsi zamanı yaranan kartter qazlarının təzyiqini tənzimləyir. İçərisindəki xüsusi membran vasitəsilə qazların tərkibindəki yağı ayıraraq süzür və təmizlənmiş hava axınını təkrar mühərrikə yönəldir. Bu sistemin düzgün işləməsi mühərrikin stabil və qənaətcil işləməsi üçün vacibdir.
Ustaların çox vaxt sadəcə "membran" adlandırdığı bu hissə, yağ ayırıcının içindəki elastik rezin elementdir. Zamanla yüksək temperaturun təsiri ilə bu membran sərtləşir və ya cırılır. Membran cırıldıqda mühərrikdə aşağıdakı hallar yaranır:
Mühərrikdən fit səsinə bənzər kənar səs gəlir.
Mühərrik qeyri-stabil (titrəmə ilə) işləyir.
Yağ sərfiyyatı artır və mühərrikin müxtəlif yerlərindən yağ sızmaları görünür.
Yanacaq sərfiyyatı yüksəlir.
Volvo avtomobilinizin mühərrik ventilyasiya sistemi üçün nəzərdə tutulmuş orijinal keyfiyyətli yağ ayırıcı dəst. İçərisindəki daxili membranı ilə birlikdə bütöv şəkildə təqdim olunur. Köhnəlmiş və cırılmış membranı bu orijinal komplektlə əvəz etməklə mühərrikinizin ventilyasiya sistemini tam sağaldacaq, yağ sızmalarının və kənar səslərin qarşısını alacaqsınız.
| Brend | |
| SKU | 32140004 |
| Uyğun Modellər | XC90 XC60 XC40 S90 S60 V90 V60 V40 C40 |
| İllər | 2015+ |
| Kateqoriya | Mühərrik Hissələri |